Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mbappenin yanına 100 milyonluq hücumçu - "Real" ulduz futbolçunu transfer edir

14.03.2025 18:25 126 baxış sayı 1 dəq. oxuma Metbuat
Mbappenin yanına 100 milyonluq hücumçu - "Real" ulduz futbolçunu transfer edir

Hücum xəttini gücləndirmək istəyən "Real Madrid" yeni transfer üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Real” Viktor Qyokeresi transfer etmək istəyir. Bildirilir ki, məşqçi Karlo Ançelotti hücum xəttində daha çox alternativə sahib olmaq üçün yeni hücumçunun transfer edilməsi barədə təlimat verib. “Real”ın hücumçu üçün 100 milyon avroluq büdcə ayırdığı deyilir. İspaniya mətbuatının yazdığına görə, “Real Madrid” rəhbərliyi investisiya kimi gördükləri üçün bu transferə böyük büdcə ayırıb.

Qeyd edək ki, Viktor Qyokeres bu mövsüm göstərdiyi performansla Avropanın ən çox müzakirə edilən istedadlarından biridir. Futbolçu ilə Avropanın bir sıra nəhəng klublarının maraqlandığı irəli sürülür.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: