
Mədəniyyət Nazirliyi Cabir İmanovla bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı nekroloq yayıb.
Metbuat.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.
Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.
Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər

Cabir İmanov həyat yoldaşı ilə birlikdə görünmüşdü...
Son Xeberler

Nazirlik Hacı Murad Yegizarovla bağlı nekroloq yay...
Bugun.az

Naxçıvan Mədəniyyət Nazirliyində Yeni Təyinat
Bugun.az

Muğam Mərkəzinə Beynəlxalq Status Verildi
Bugun.az

Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib
Son Xeberler

Nazirlikdən Bakıdakı partlayışla bağlı AÇIQLAMA
Bugun.az