Media nümayəndələri üçün seminar keçirildi
Noyabrın 6-da İqtisadiyyat Nazirliyi, Nazirlik yanında Dövlət Vergi Xidməti (DVX) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar təşkil olunub.
Metbuat.az xəbər verir ki, seminarın məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi jurnalistlərin bu sahədə biliklərinin artırılması, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində ekoloji fiskal alətlərin tətbiqi ilə bağlı məlumatlılığın genişləndirilməsidir.
“Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və DVX-nin Vergi siyasəti baş idarəsinin rəis müavini Oqtay Yaqubov təqdimatlarla çıxış ediblər. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və DVX-nin rəis müavini Samirə Musayevanın iştirak etdiyi seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
COP29 Yaşıl Zona Media Akkreditasiyası Açıldı!
Bugun.az
Proqramlaşdırmaya həvəsi olanlar üçün ÖDƏNİŞSİZ SE...
Edumap.az Təhsil Portalı
"Cybersecurity və Ethical Hacking – Rəqəmsal Təhlü...
Edumap.az Təhsil Portalı
Medianın İnkişafı Agentliyi onlayn media subyektlə...
Bugun.az
Xarici media nümayəndələri Qobustanda - FOTO
Bugun.az
Oktyabr ayı Tərəzi bürcü üçün yeni imkanlar vəd ed...
Son Xeberler