🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Medvedevdən Qərbə xəbərdarlıq

13.11.2024 00:25 11 baxış sayı 1 dəq. oxuma
Medvedevdən Qərbə xəbərdarlıq

Ukraynaya qanadlı raketlər gətirilərsə, münaqişənin ən təhlükəli fazaya keçmə riski artacaq.

Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə deyib. Sözügedən raketlərin müharibənin gedişatını dəyişməyəcəyini ifadə edən Medvedev bildirib ki, bu, münaqişənin ən təhlükəli mərhələyə keçmə riskini artıracaq. Medvedev bu barədə Prezident Vladimir Putinin xəbərdarlığını xatırladıb.

Qeyd edək ki, Almaniyanın Xristian Demokratik Birlik Partiyasının lideri Fridrix Merz baş nazir seçiləcəyi təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün ultimatum verəcəyini açıqlayıb. O bildirib ki, Rusiya buna əməl etməsə, Almaniya Kiyevə “Taurus” qanadlı raketləri verərək və Kiyevin Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmasına imkan verəcək.

Paylaş: