Mehriban Əliyeva yeni uşaq bağçasının açılışında iştirak etdi
31 Oktyabrda Bakının Xətai rayonunda yerləşən Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən açıldı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılan yeni şəraitlə tanış oldular.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada aparılan yenilənmə işləri haqqında ətraflı məlumat verdi.
Bildirildi ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi uzun illər istismardan çıxdığı üçün təmirə ehtiyac duyurdu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir standartlara uyğun olaraq yenidən quruldu.
Yüz yerlik uşaq bağçası-körpələr evi lazımi avadanlıq və ləvazimatlarla təchiz olundu. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.
Bağçanın həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllaşdırılıb, uşaqlar üçün yeni oyun meydançası yaradılıb.
Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi diqqət yetirilir. Uşaq bağçalarının yenidən qurulması layihələri bu sahədə mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Etiketlər
Oxşar xəbərlər
Mehriban Əliyeva xalqı təbrik etdi
Son Xeberler
Mehriban Əliyeva Laçın üçün oxudu -
Son Xeberler
İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda
Son Xeberler
Mehriban Əliyeva Zəngilan və Qubadlı səfəri ilə ba...
Son Xeberler
Prezident oğlu ilə Bayraq Meydanında - FOTO
Bugun.az
Mehriban Əliyeva Cəbrayıl və Füzuli səfərindən vid...
Son Xeberler