
Məktəb direktoru oğluna dəbdəbəli toy etdi - FOTO

Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə Bakının dəbdəbəli restoranlarının birində oğluna möhtəşəm toy çaldırıb.
Metbuat.az Editor.az-a istinadən xəbər verir ki, bu barədə toyda iştirak edən qonaqlar sosial şəbəkələrdə paylaşım edib. “Meridian Park Luxury” restoranında baş tutan toy məclisinə ulduzlar axın edib. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilərin qatıldığı toy məclisində bir sıra rəsmi şəxslər, regional idarə müdirləri, çox sayda məktəb direktoru iştirak edib.
“Meridian Park Luxury” Bakının ən bahalı şadlıq saraylarından sayılır. Qeyd olunan restoranda bir nəfər üçün qiymət 200 manatdan başlayır. Eyni zamanda Xalq artistləri Aygün Kazımova, Röya Ayxan kimi sənətçilərin yarım saatlıq toy məclisində iştirak qiyməti 15 min manat, Murad Arifin isə 10 min manat civarındadır.
Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə hallanmışdı. Sonradan Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını bildirmişdi.
Redaksiyamız həyatını birləşdirən gəncləri təbrik edir, onlara xoşbəxtlik arzu edir.
Oxşar xəbərlər

Bakıda məktəb direktoru vəfat etdi - FOTO
Bugun.az

Röyanın dəbdəbəli evi -
Şou Xəbər

Nuri Sərinləndirici oğlu ilə DƏBDƏBƏLİ EVİNDƏ -
Şou Xəbər

Sükan arxasında foto çəkdirən məktəb direktoru bar...
Son Xeberler

Bakıda məktəb direktoru vəfat edib - FOTO
Son Xeberler

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandır...
Son Xeberler