
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.
Metbuat.az xəbər verir ki, qonağa mərkəz haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci il dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.
Mərakeşin xanım Şahzadəsinə Beynəlxalq Muğam Mərkəzinin foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib.
Sonra konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib, milli musiqimizin zənginliyi və bədii-estetik dəyərləri nümayiş etdirilib.
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.
Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaanı mədəniyyət naziri Adil Kərimli müşayiət edib.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Muğam Mərkəzinə Beynəlxalq Status Verildi
Bugun.az
Mərakeşin Gənclər Yığması Tarixi Uğura İmza Ataraq...
Son Xeberler

Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi ilə gör...
Bugun.az

Prezident krala məktub göndərdi
Son Xeberler

20 yaşadək futbolçular arasında dünya çempionatını...
Azəri Xəbər

Əməkdar artist koronavirusdan VƏFAT ETDİ -
Son Xeberler


