
Mərkəzi Bank sabah faiz dərəcəsini dəyişəcək? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı sentyabrın 10-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Xatırladaq ki, sonuncu dəfə iyul ayında faiz dərəcəsi 7,25%-dən 7%-ə endirilmişdi.
Bu dəfə isə həm ABŞ Federal Ehtiyat Sisteminin gözlənilən qərarı, həm də ölkə daxilindəki iqtisadi reallıqlar – inflyasiya, manatın məzənnəsi və iqtisadi artım nəzərə alınaraq AMB-nin hansı istiqamətdə addım atacağı maraqla gözlənilir.
İqtisadçı Elman Sadıqov Metbuat.az-a açıqlamasında bildirib ki, sentyabrın 10-da Mərkəzi Bankın faiz dərəcələrini dəyişəcəyi gözlənilmir:
“Hesab edirəm ki, AMB faiz dərəcələrini sabit saxlayacaq. Birincisi, hazırda ölkədə inflyasiya təzyiqi yüksəlib. Ona görə də faiz dərəcələrinin aşağı salınması o qədər də məqsədəuyğun olmaz. Amma digər tərəfdən də faiz dərəcələrinin artırılması faktiki olaraq əks effekt verə bilər. Hazırda ölkədə iqtisadi böyümə ilk yeddi ayda təxminən bir faiz ətrafında olub və hələlik də həmin səviyyədə davam edir. Yəni iqtisadi artım həmin sürətlə gedir və buna görə də faiz dərəcələrinin artırılması ya iqtisadi böyüməni zəiflədə bilər, ya da onun artmasına imkan verməz”.
İqtisadçı qeyd edib ki, iqtisadiyyatımızda mövcud formalaşmış vəziyyət Mərkəzi Bankı daha ehtiyatlı və ölçüb-biçən addımlar atmağa vadar edir:
“Düşünürəm ki, faiz dərəcələri sabit saxlanılacaq. Ümumiyyətlə, uçot faiz dərəcəsindən əlavə olaraq digər addımların atılmasına maliyyə sektoru tərəfindən daha çox ehtiyac var”.
Gülbəniz Hüseynli / Metbuat.az
Oxşar xəbərlər

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı məlumat yaydı
Bugun.az

Mərkəzi Bankın Növbəti Faiz Qərarı: Noyabrın 1-i D...
Bugun.az

Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
Son Xeberler

Mərkəzi Bank Dolların Kursunu Açıqladı
Son Xeberler

FED illik uçot dərəcəsini sabit saxladı
Bugun.az

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az