Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Messi və komanda yoldaşlarının Bakı tədbirinə 10 mindən çox bilet satıldı

05.12.2024 18:25 165 baxış sayı 1 dəq. oxuma Metbuat
Messi və komanda yoldaşlarının Bakı tədbirinə 10 mindən çox bilet satıldı

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.

Metbuat.az xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.

Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.

Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.

Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: