Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Meteor yağışı bu tarixə qədər aktiv olacaq

07.11.2025 11:12 6 baxış sayı 2 dəq. oxuma Metbuat
Meteor yağışı bu tarixə qədər aktiv olacaq

Leonid meteor yağışı noyabrın 30-dək səmada aktiv qalacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu möhtəşəm hadisənin pik dövrü 17–18 noyabr gecəsi gözlənilir. Orta aktivlik dövründə müşahidəçilər saatda təxminən 15–20 meteor görə bilərlər. Leonidlər əsrlərdir ki, astronomları və adi müşahidəçiləri heyran edən ən möhtəşəm meteor yağışlarından biri sayılır.


Bu yağış adını Şir (Leo) bürcündən götürür. Onun mənbə cismi Tempel–Tuttle kometidir. Leonidlərin meteorları olduqca sürətlidir; onların sürətləri təxminən 71 km/saniyə təşkil edir. Bu sürət onları göydə müşahidə edilən ən sürətli meteor yağışlarından birinə çevirir. Onların işıq izləri uzunmüddətli qalır, bəzən yaşıl, mavi və ağ rəng çalarlarında görünür. Komet hər 33 ildən bir Yerin yaxınlığından keçir. Yer bu kometin yeni buraxdığı hissəcik buludunun içindən keçəndə Leonidlər qısa müddətli "meteor fırtınası" yarada bilir ki, bu zaman saatda minlərlə meteor müşahidə edilir.


Leonidlərin ən yadda qalan tərəfi onların tarixi fırtınalarıdır. Məsələn, 1833-cü ildə müşahidəçilər səmada saatda təxminən 100 000 meteor görmüşdülər. Bu hadisə "meteor yağışı" anlayışını dünyaya tanıdan ən güclü təbiət hadisələrindən biri kimi tarixə düşdü. Gələcək fırtına gözləntiləri barədə məlumat verilib: 2025-ci ildə belə bir fırtına gözlənilməsə də, Leonidlər öz parlaq və sürətli "ulduz yağışı" ilə ən sevilən meteor yağışlarından biri olaraq qalır. Sürətli meteorlar və onların yaratdığı rəngli izlər bu hadisəni izləməyi həmişə maraqlı edir.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: