🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Microsoft" "Bluetooth" səs texnologiyasını kökündən dəyişəcək

28.08.2025 15:25 1 baxış sayı 2 dəq. oxuma
"Microsoft" "Bluetooth" səs texnologiyasını kökündən dəyişəcək

"Microsoft" "Windows 11"in gələcək versiyaları ilə "Bluetooth" səs texnologiyasını daha da təkmilləşdirəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Bluetooth" səs texnologiyası son illərdə böyük inkişaf qazanıb. Hazırda "Bluetooth" qulaqlıqlar və dinamiklər ilə naqilli cihazlar arasında səs keyfiyyətində çox az fərq var. Lakin bu texnologiyanın hələ də inkişaf edir.

Mütəxəssislərə görə, hazırkda "Bluetooth" səs keyfiyyətinin məhdud olmasının səbəbi "Bluetooth Classic Audio"nun təklif etdiyi iki əsas profildən qaynaqlanır. Bunlardan birincisi, səs keyfiyyətinə üstünlük verən və mikrofondan istifadəyə icazə verməyən "Advanced Audio Distribution Profile (A2DP)", digəri isə mikrofonu aktivləşdirən və səs keyfiyyətindən güzəştə gedən "Hands-Free Profile (HFP)"dir. Köhnə texnologiya olan bu profillər həm yüksək keyfiyyətli səs, həm də mikrofondan istifadə üçün eyni anda uyğun bir həll təklif etmir.

"Microsoft" bu maneələri aradan qaldırmaq üçün "Windows 11" üçün "Bluetooth Low Energy (LE) Audio" dəstəyini inkişaf etdirməyə başladığını açıqlayıb. Yeni sistemlə "A2DP" və "HFP" profilləri aradan qaldırılacaq və daha çevik profillər, inkişaf etmiş bir sıxılma alqoritmi ilə səsli rabitədə ikitərəfli 32kHz nümunə götürmə sürətində "super genişzolaqlı" yüksək səs keyfiyyəti təklif ediləcək. Sözügedən yenilik oyun seansları və "Microsoft Teams" kimi səsli zənglərdə daha aydın və keyfiyyətli səs təcrübəsi təmin edəcək.

Qeyd edək ki, super genişzolaqlı "Bluetooth LE Audio"-nun səsli rabitə üçün istifadə edilə bilməsi üçün "Windows 11"in "24H2" versiyasının quraşdırılması lazımdır. "Microsoft" 2025-ci ilin sonlarına doğru bazara çıxacaq yeni kompüterlərin bu texnologiyanı dəstəkləyəcəyini proqnozlaşdırır.

Paylaş: