Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Millət vəkilinin qardaşına vəzifə verildi -FOTO

01.11.2025 07:12 8 baxış sayı 1 dəq. oxuma Metbuat
Millət vəkilinin qardaşına vəzifə verildi -FOTO

Bakı Dövlət Universitetində (BDU) əhəmiyyətli kadr dəyişikliyi həyata keçirilib. Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva tutduğu vəzifədən çıxarılıb.


Q. Mehdiyeva BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsini icra edirdi. BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə o, bir müddət əvvəl bu postdan azad edilib.


Digər bir əmrlə isə onun yerinə yeni təyinat verilib. AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov həmin kafedraya rəhbər təyin olunub. Qeyd etmək lazımdır ki, V. İbrahimov həm də millət vəkili Eldar İbrahimovun qardaşıdır.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: