Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Milli Məclisin iki komissiyası yenidən formalaşdırıldı

03.02.2025 09:25 115 baxış sayı 1 dəq. oxuma Metbuat
Milli Məclisin iki komissiyası yenidən formalaşdırıldı

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yaradılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova və Mixail Zabelin daxil ediliblər.

İntizam komissiyasının tərkibinə isə Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev, Nizami Səfərov daxil ediliblər.

Hər iki qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: