Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mirkamil ağır xəstəlikdən əziyyət çəkirmiş - FOTO

27.03.2025 20:25 76 baxış sayı 1 dəq. oxuma Metbuat
Mirkamil ağır xəstəlikdən əziyyət çəkirmiş - FOTO

Müğənni Mirkamil Kamilov ikinci dəfə ürəyindən əməliyyat olunmalıdır.

Metbuat.az xəbər verir ki, ifaçı illər sonra səhhəti ilə bağlı açıqlama verib.

"Azərbaycanda ürək əməliyyatımı edə bilərlər. Sadəcə deyirlər, Türkiyə ilə danışıb oradan həkim tapsınlar. Ya da mənim öz həkimim var, o, farsdır, onu tapmaq çətin məsələdir. Yenə də əməliyyatdan olan çəkilişi İrandakı dostlarımıza yolladıq ki, Tehranda həkimin əlaqə nömrəsini tapsınlar. Mən də farsca bilmirəm, onların dilini bilən insan lazımdır. Danışsınlar ki, məni filan tarixdə əməliyyat edib. Bu, ikinci əməliyyat olacaq. O həkim bu işləri digərlərindən daha yaxşı edir. Çünki ilk dəfə məni həmin həkim əməliyyat edib. Bu da qəliz məsələdir, ona da vaxt lazımdır. İnşallah tapılar", - deyə Mirkamil bildirib.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: