Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mirzoyan Serdar Kılıçla görüşdü

12.09.2025 16:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
Mirzoyan Serdar Kılıçla görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "X" hesabında yazıb.

Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki araşdırmaların aparılması barədə razılığa gəliblər.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: