🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama

18.02.2025 11:25 15 baxış sayı 1 dəq. oxuma
NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama

NATO-nun baş katibi Mark Rutte Parisdə keçirilən Ukrayna ilə bağlı fövqəladə sammitdən sonra sosial media hesabında açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Avropa müharibə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində liderliyi öz üzərinə götürməyə və alyansın müdafiəsində öz payını artırmağa hazırdır. Rutte Avropanın NATO-nun kollektiv təhlükəsizliyinə sərmayə qoymağa hazır və istəkli olduğunu bildirib.

Qeyd edək ki, Avropanın Donald Tramp administrasiyasının gündəmə gətirdiyi Ukrayna ilə bağlı danışıqlardan kənarda qalacağı irəli sürülmüşdü. Tramp administrasiyası vurğulayıb ki, Ukrayna NATO-ya üzv olmamalıdır və müharibə bitdikdən sonra təhlükəsizlik zəmanəti NATO deyil, Avropa ölkələri tərəfindən verilməlidir. Ağ Ev həmçinin NATO-nun Avropadakı müttəfiqlərinin qitənin müdafiəsi üçün bütün məsuliyyəti öz üzərinə götürməsini istəyir.

Paylaş: