Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Naxçıvan polisinə yeni avtomobillər verildi - FOTO

06.01.2025 13:25 119 baxış sayı 1 dəq. oxuma Metbuat
Naxçıvan polisinə yeni avtomobillər verildi - FOTO

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına yeni avtomobillər verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş "Kia Sportage" “Kia Optima” “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: