Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Naxçıvanda sənaye istehsalı azaldı

16.05.2025 14:25 51 baxış sayı 1 dəq. oxuma Metbuat
Naxçıvanda sənaye istehsalı  azaldı

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6 % azdır.

Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 %-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 76,7 %-i emal, 20,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: