🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Neftçi"nin yunan klubu ilə yoxlama oyunu baş tutmayıb -YENİLƏNİB

27.07.2025 16:25 1 baxış sayı 1 dəq. oxuma
"Neftçi"nin yunan klubu ilə yoxlama oyunu baş tutmayıb -YENİLƏNİB

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras” (Yunanıstan) ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.

Metbuat.az xəbər verir ki, Keltse şəhərindəki Pilkarski stadionunda baş tutması planlaşdırılan qarşılaşma güclü leysan səbəbindən təxirə salınıb.


09:46

“Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras”la (Yunanıstan) növbəti yoxlama oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, qarşılaşma Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Bakı vaxtı ilə saat 17:00-da start götürəcək görüş tərəflərin istəyinə əsasən canlı yayımlanmayacaq.

Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.

Paylaş: