
“Neqodnı”lar yenidən yoxlanılır - Xidmətə cəlb olunacaqlar

Hərbi xidmətə çağırışla əlaqədar sağlamlıq səbəbindən möhlət hüququ almış vətəndaşların sağlamlıq vəziyyəti yenidən yoxlanılır. Bu təkrar yoxlanışlar müxtəlif illərdə möhlət almış şəxsləri əhatə edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev bu barədə vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı məlumat verdi.
Əziz Hidayev bildirib ki, son bir il ərzində xüsusi iş aparılıb. Əvvəlki dövrlərdə müəyyən xəstəliklərə görə çağırışla bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışlar keçirilir. Yoxlanışlar nəticəsində səhhətində ciddi bir problem aşkarlanmayan şəxslər hərbi xidmətə cəlb olunurlar. Bu addım əvvəllər tibbi səbəblərdən xidmətdən kənarda qalan, lakin indi sağlamlığı bərpa olunmuş şəxslərin ordu sıralarına qatılmasını mümkün edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Müxtəlif dövrlərdə xəstəliklə bağlı əsgərlikdən mö...
Azəri Xəbər

“Neqodnı”lara pis xəbər - Məhdudiyyət qoyulacaq
Bugun.az

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq -RƏSMİ
Bugun.az

“Neqodnı” kimi yayınanlar əsgər aparılacaq? - DETA...
Bugun.az

Onlar da sertifikasiyaya cəlb olunacaq - Nazir yen...
Bugun.az

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam i...
Son Xeberler


