
Növbəti köç karvanı Həsənriz kəndinə çatdı

Bu gün respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır.
Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti- bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.
***
Bu gün 20 ailə (68 nəfər) Ağdərə rayonu Həsənriz kəndinə yola salınıb.
Metbuat.azf xəbər verir ki, Bərdə rayonundan 12 ailə (42 nəfər), Tərtər rayonundan 5 ailə (16 nəfər), İsmayıllı rayonundan 1 ailə (5 nəfər), Bakı şəhərindən isə 2 ailə (5 nəfər) köçürülüb.
Köçürülən 20 ailə (68 nəfər) məskunlaşdıqları ərazilərdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Tərtər RİH-in nümayəndələri tərəfindən yola salınacaq və Tərtər şəhərində yerləşən Bayraq meydanında köç karvanı yaradaraq bir yerdə hərəkət edəcəklər.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək, kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
Beləliklə, 22.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Həsənriz kəndinə cəmi 90 ailə (306 nəfər) köçürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Oxşar xəbərlər

Cəbrayıla növbəti köç karvanı yola salındı - FOTO
Bugun.az

MEDİA-nın növbəti könüllülük proqramı uğurla başa...
Son Xeberler

Suriya qüvvələri Rusiya ordusunun bazaya girişinə...
Bugun.az

Azərbaycan-Slovakiya Oyunu Bərabərliklə Bitdi - Mi...
Bugun.az

Elon Musk-ın X (Twitter) izləyici sayı rekord hədd...
Tesla Azerbaijan Community

Hərbçilərimiz Qubadlının bu kəndinə daxil oldu -
Son Xeberler