Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Novruzov həmin məclisdə içkili olub? - VİDEO

07.12.2024 19:25 123 baxış sayı 2 dəq. oxuma Metbuat

Xəbər verdiyimiz kimi, Türkiyə parlamentinin bir qrup deputatı Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün səfərdədir.

Metbuat.az xəbər verir ki, deputatların şərəfinə Bakıda ziyafət təşkil edilib. Ziyafət zamanı Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımla rəqs edib. Modern.az saytı millət vəkillərinin rəqsi ilə bağlı kadrları yayıb.

Kadrlarda Siyavuş Novruzov rəqsi ilə diqqət çəkib. Millət vəkilinin rəqs zamanı qeyri-adekvat hərəkətləri onun içkili olması ilə bağlı müzakirələrə səbəb olub.

Xatıradaq ki, noyabrın 27-də keçirilən Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova qanun layihələrinə münasibət bildirən Siyavuş Novruzov və digər millət vəkillərinə irad tutmuşdu. AzTv, İctimai TV və Real TV millət vəkillərinin qərəzli münasibətlərini sərt tənqid edən süjetlər hazırlamışdı.

Həmin görüntüləri təqdim edirik:

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: