
Okan Buruk Təcili Əməliyyat Oldu

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk xəstəxanaya yerləşdirildi.
Məlumatlara görə, Okan Buruk bu gün səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya aparılıb. Müayinələr zamanı apandisitinin partladığı aşkarlanıb və dərhal əməliyyat olunub.
Təcrübəli məşqçinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Burukun bazar ertəsi günü keçiriləcək "Beşiktaş" derbisində texniki zonada olub-olmayacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının 3-cü həftəsində İsveç təmsilçisi "Elfsborg"u 4-3 hesabı ilə məğlub edərək əhəmiyyətli qələbə qazanıb. "Sarı-qırmızılar"ı Türkiyə Super Liqasının 10-cu həftəsində (28 oktyabrda) "Beşiktaş"la derbi oyunu gözləyir.
Etiketlər
Oxşar xəbərlər

Okan Buruk təcili şəkildə xəstəxanaya yerləşdirild...
Xəbər Anı

"Qalatasaray"da mübahisə - Ulduz futbolçunun trans...
Bugun.az

TƏCİLİ! Vəzifəli şəxslər korrupsiyaya görə həbs ed...
Son Xeberler

Natiq Şirinovun oğlu əməliyyat olundu - FOTO
Bugun.az

Mingəçevirdə dərsdə halı pisləşən şagird öldü
Bugun.az

Mərkəzi Klinika təcili tibbi yardım üçün şəhid ana...
Son Xeberler