
Onların xidmət və yaşayış yeri barədə məlumat verilməyəcək

Daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi üçün təminatlar müəyyənləşdiriləcək.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək.
Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə veriləcək.
Oxşar xəbərlər

Bu sahələrdə fəaliyyətə icazə verilməyəcək -
Son Xeberler

DİQQƏT! Bu şəxslərə əlavə pul veriləcək -
Son Xeberler

Bu hallarda SMS-məlumatın göndərilməsi tələb olunm...
Son Xeberler

ŞAD XƏBƏR:
Son Xeberler

SMS icazə tətbiq olunan rayonların sayı artırıldı
Son Xeberler

Hərbi xidmətlə bağlı Milli Məclisdə ilk qərar veri...
AzMedia