🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlandı

18.08.2025 07:25 1 baxış sayı 2 dəq. oxuma
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlandı

Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib.

Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.

Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.

Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.

Paylaş: