
Pensiya kapitalını birdəfəlik almaq olar?

Azərbaycanda vətəndaşların pensiya kapitalından istifadə hüququ yalnız qanunla müəyyən edilən şərtlər daxilində mümkündür. Mütəxəssislərin fikrincə, bu vəsaitləri şəxsi məqsədlər, məsələn, gündəlik xərclər, müalicə və ya toy kimi hallar üçün istifadə etmək qadağandır. Bu kapitalın əsas məqsədi vətəndaşın pensiyası təyin olunduqda məbləği formalaşdırmaqdır.
Buna görə də, ölkədə 30 min, 50 min və hətta 100-200 min manat civarında böyük vəsait yığan şəxslər olsa da, qanunvericiliyə görə, heç kim bu pulu birdəfəlik almaq hüququna malik deyil. Pensiya kapitalına giriş yalnız pensiya hüququ yaranan zaman açılır. Bu hüquq üç əsas pensiya növündə nəzərdə tutulur: yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar.
Yaşa görə pensiya almanın əsas şərti qanunla müəyyən edilən pensiya yaşına çatmaqdır. Hazırkı keçid dövründə kişilər üçün 65 yaş, qadınlar üçün isə 64 yaş 6 ay tələbi müəyyən edilib. Vətəndaş bu yaşa çatdıqda, onun hesabında toplanan kapital əsasında pensiya məbləği hesablanır. Əlilliyə görə pensiya təyin edilən zaman isə şəxsə əlillik dərəcəsinin (birinci, ikinci və ya üçüncü) müəyyən edildiyi tarixə qədər hesabında yığılmış kapital əsas götürülür.
Ailə başçısını itirməyə görə pensiyada da eyni prinsip tətbiq olunur. Əgər ailə başçısı vəfat edibsə, onun hesabında yığılan pensiya kapitalı, həmin şəxsin azyaşlı övladlarına (18 yaşına qədər) və ya əyani təhsil alan övladlarına (23 yaşına qədər) pensiya kimi təyin edilir. Bu vəsaitlərin toplanması və qorunması məhz gələcək təminat üçün qanuni qaydada müəyyən edilib. Pensiya kapitalı xərclənməyə deyil, illər ərzində pensiya məbləğini artırmağa yönəldilmiş bir mexanizmdir və bu fondlar şəxsin pensiya hüququ yaranana qədər istifadəsiz qalır.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda bu şəxslərə birdəfəlik ödəmə veriləcə...
Son Xeberler
Pensiyalar sabah tam ödəniləcək
Azəri Xəbər

Pensiyalar nə qədər artdı? -
Son Xeberler

Vüqar Bayramov: Gələn il vətəndaşların pensiya kap...
Azəri Xəbər

Bu ölkədə pensiya yaşı artırıldı
Bugun.az

Avqust ayı üzrə 190 manat nə vaxt veriləcək? -
Son Xeberler


