🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Pensiyalarda bu qədər artım olacaq - Dəqiq rəqəm

16.11.2024 17:25 9 baxış sayı 2 dəq. oxuma
Pensiyalarda bu qədər artım olacaq - Dəqiq rəqəm

"2025-ci ildə Azərbaycanda pensiyaların artımı gözlənilir. Orta aylıq pensiya məbləği 50 manat yüksələrək 516 manata çatacaq".

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov pensiyalarda ediləcək artımla bağlı açıqlama verərkən bildirib. O, maaş, pensiya və sosial ödənişlərdə gözlənilən dəyişikliklərlə bağlı fikirlərini belə ifadə edib:

"2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu artım ölkə üzrə orta aylıq pensiya məbləğinin yüksəlməsi ilə əlaqədardır. Hazırda artımlarla bağlı işlər demək olar ki, yekunlaşıb. Minimum pensiya və maaşların artırılması barədə ölkə başçısının göstərişi var və bu istiqamətdə proseslər başa çatmaq üzrədir".

Deputat həmçinin qeyd edib ki, artımlar inflyasiyaya deyil, orta aylıq əmək haqqı artımına əsaslanacaq: "Bütün növ əmək pensiyalarında artım olacaq. İndeksləşdirmə mexanizmi tətbiq ediləcək və pensiyalar orta əmək haqqı artım faizinə uyğun artırılacaq".

Məlumata görə, artımlarla bağlı yekun qərar dövlət büdcəsinin təsdiqlənməsi və müvafiq sərəncamın imzalanması ilə rəsmiləşəcək.

Paylaş: