"Planetin və insanların rifahına sadiq qaldığınız üçün minnətdaram" - Xuan Laporta
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkətinin pavilyonun ziyarət edib.
Metbuat.az xəbər verir ki, nümayəndə heyətinə "AZCHEMCO" şirkətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri izah edən video təqdim edilib.
Şirkət nümayəndələri "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə, elektrik keçiriciliyinin isə 9140-dan 291-ə qədər azalması ilə müşahidə olunan irəliləyişləri təqdim ediblər. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.
"Barselona" klubunun prezidenti bərpa olunmuş torpağa çiyələk kolları əkib.
"AZCHEMCO" şirkəti tərəfindən, qonağa "Azərxalça"da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunub.
Oxşar xəbərlər
Android 16-nın adı "Paxlava" olacaqmı?
Son Xeberler
Qırmızı Ürəklər Fondu: Sahibsız Heyvanlara Dəstək...
Bugun.az
Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu
Son Xeberler
ÜST: Sağalan xəstələr yenidən Koronavirusa yoluxa...
Bugun.az
Özəl Pensiya Fondları: Vətəndaşların Pensiya Məblə...
Son Xeberler
"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler