Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Planetlərdə suyun axtarışı üçün yeni üsul hazırlandı

08.04.2025 23:25 80 baxış sayı 1 dəq. oxuma Metbuat
Planetlərdə suyun axtarışı üçün yeni üsul hazırlandı

ABŞ-nin Kornel Universitetinin tədqiqatçıları “Ceyms Uebb” kosmik teleskopundan istifadə edərək ekzoplanetlərdə suyun axtarışı üçün yeni üsul hazırlayıblar.

Metbuat.az xəbər verir ki, alimlər Yerin isti mantiyasında baş verən kimyəvi prosesləri tədqiq edərək bazalt əsaslı spektral kitabxana yaradırlar. Bu üsul günəşdənkənar planetlərin səthinin tərkibini müəyyən etməyə kömək edə bilər və bu planetlərdə su olub-olmadığını müəyyən edə bilər. Elm adamlarının sözlərinə görə, Yerin mantiyası əridikdə bazalt əmələ gəlir. Mars mantiyası da əriyərkən bazalt əmələ gəlib. Ayın səthi əsasən bazaltdan ibarətdir.

Buna görə də elm adamları “Ceyms Uebb” kosmik teleskopunun məlumatları ilə Yerdəki bazaltları təhlil edərək ekzoplanetlərin strukturunu araşdırmağa çalışır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: