🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

12.08.2025 07:25 1 baxış sayı 2 dəq. oxuma
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2025-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkidə daxil olmaqla əldə edə bilər.

Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Paylaş: