Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

PSJ səfərdə "Arsenal"a qalib gəldi - ÇL

29.04.2025 21:25 81 baxış sayı 1 dəq. oxuma Metbuat
PSJ səfərdə "Arsenal"a qalib gəldi - ÇL

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin "Arsenal" klubuna qalib gəlib.

Metbuat.az xəbər verir ki, "Emireyts" stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər. Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” arasında gerçəkləşəcək.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: