
Putin Ərdoğanla davamlı təmasdadır - Lavrov

Beynəlxalq gərginliyə baxmayaraq, Türkiyə və Rusiya hər sahədə təmasdadır.
Metbuat.az xəbər verir ki, Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla davamlı təmasdadır. Ukraynadakı münaqişədən danışan Lavrovun sözlərinə görə, müharibəni meydana çıxaran səbəbləri aradan qaldırmadan bitirmək mümkün deyil. Lavrov ABŞ ilə danışıqların davam etdiyini ifadə edib. Lavrov danışıqların qənaətbəxş nəticə verdikdə Ukraynada hərbi əməliyyatların dayandırıla biləcəyini ifadə edib.
Qeyd edək ki, Ər-Riyadda ABŞ və Rusiya tərəfi bir araya gəlib. Görüşdə Sergey Lavrov da iştirak edib.
Oxşar xəbərlər

Putin Vuçiçdən üzr istədi
Son Xeberler

Putin: “Ərdoğanla işləmək xoş və etibarlıdır”
Son Xeberler

Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler

Putin: "Biz sülh istəyirik, amma..."
Xəbər Anı

Trampdan Putin və Ərdoğanla bağlı etiraf -
Son Xeberler

SON DƏQİQƏ! Putin Qarabağla bağlı iclas keçirdi -...
Son Xeberler