Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Putin görüşdən yayınır - Zelenski

22.08.2025 19:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
Putin görüşdən yayınır - Zelenski

Moskva Rusiya Prezidenti Vladimir Putinlə potensial görüşün baş tutmaması üçün hər şeyi edir.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vlodomir Zelenski belə açıqlama verib. Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib ki, Moskva müharibənin bitməsini gecikdirmək üçün davamlı olaraq yeni ultimatumlar irəli sürür. Rusiyadan fərqli olaraq Ukraynanın liderlərin görüşündən çəkinmədiyini deyən Zelenskinin sözlərinə görə, Kiyev mümkün qədər səmərəli işləməyə hazırdır.

Zelenski qeyd edib ki, Moskva müharibəni bitirmək iradəsini nümayiş etdirməsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: