Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Putin Trampın nümayəndəsi ilə görüşdü

11.04.2025 17:25 110 baxış sayı 1 dəq. oxuma Metbuat
Putin Trampın nümayəndəsi ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş olub.

Metbuat.az xəbər verir ki, tərəflər Sankt-Peterburqda bir araya gəlib. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Putin və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş qapalı formatda keçirilib. Peskov qeyd edib ki, tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər.

Peskovun sözlərinə görə, Putinlə Stiv Vitkoff bundan əvvəl də görüşüb. Buna görə də, onların əl sıxmaları təəccüblü deyil. O həmçinin bu görüşün İstanbulda baş tutan Rusiya-Amerika məsləhətləşmələri ilə heç bir əlaqəsinin olmadığını bildirib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: