
Putin və Trampın görüşü 6-7 saat davam edə bilər

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskada keçiriləcək sammiti planlaşdırılan çoxsaylı tədbirlərə görə təxminən 6-7 saat davam edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, liderlər əvvəlcə köməkçilərin iştirakı ilə təkbətək görüşəcəklər. Sonra nümayəndə heyətlərinin tərkibində, ola bilsin, işçi nahar formatında danışıqlar planlaşdırılır. Daha sonra görüş prezidentlərin birgə mətbuat konfransı ilə yekunlaşacaq.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər Ukrayna nizamlanmasının müzakirəsinə diqqət yetirəcək, həmçinin ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Tramp Və Putin Görüşməsi Hələ Də Gündəmdədir, Ağ E...
Son Xeberler

Tramp-Putin görüşü təxirə salındı: Ağ Ev yaxın gəl...
Son Xeberler

"Zelenski ilə Putin görüşü mümkündür" -Kreml
Bugun.az
Putin Trampın Ləğv Etdiyi Görüşü Şərh Etdi: Ukrayn...
Son Xeberler

Qərb Rusiyanı iqtisadi baxımdan məğlub edə bilməy...
Bugun.az

Putin Trampla görüşün ləğvindən danışdı
Bugun.az


