Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Putinə mesajım yoxdur, o, mənim mövqeyimi bilir - Tramp

03.09.2025 19:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
Putinə mesajım yoxdur, o, mənim mövqeyimi bilir - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesi ilə bağlı qərarını rusiyalı həmkarı Vladimir Putinlə görüşdükdən sonra verəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp Ağ Evdə juranlistlərin suallarını cavablandırıb. O, Putinə hansı mesajı vermək istədiyi barədə suala, “Putinə bir mesajım yoxdur, o, mənim mövqeyimi bilir" - deyə cavab verib. İki ölkənin hələ də sülh razılaşması əldə etməməsindən məyus olduğunu təkrarlayan Tramp qeyd edib ki, həm Rusiya, həm də Ukrayna əsgərlərini itirməkdə davam edir.

Tramp Putinlə görüşəcəyini qeyd edib və həmin görüşün nəticəsinə əsasən öz fəaliyyət kursu ilə bağlı daha dəqiq qərar verəcəyini vurğulayıb.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: