Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qadınların pensiya yaşı bu tarixdən artacaq -RƏSMİ

29.06.2025 17:25 48 baxış sayı 1 dəq. oxuma Metbuat
Qadınların pensiya yaşı bu tarixdən artacaq -RƏSMİ

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

Metbuat.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Bundan başqa, iyulun 1-də Azərbaycanda qüvvəyə minəcək qərarlarla buradan tanış ola bilərsiniz:

Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: