Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu barədə qərar verildi

21.03.2025 18:25 115 baxış sayı 1 dəq. oxuma Metbuat
​"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu barədə qərar verildi

"Qalatasaray" Barış Alper Yılmazın klubdan ayrılmasına razılıq verib.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunun transfer qiymətini müəyyən edib. Türkiyənin "Milliyet" qəzetinin məlumatına görə, "Qalatasaray" Barış Alper Yılmaz üçün 40 milyon avro tələb edib. Bildirilir ki, transfer bu qiymətə reallaşarsa, bu klubun ən bahalı transferi olacaq.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində 40 matçda forma geyinib. Futbolçu bu matçlarda 11 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: