
"Qalatasaray"ın istədiyi ulduz futbolçu seçimini etdi

"Qalatasaray"ın transfer etmək istədiyi Leroy Sane karyerası ilə bağlı qərar verib.
Metbuat.az xəbər verir ki, futbolçu karyerasını Almaniyada davam etdirə bilər. Məlumata görə, Leroy Sane “Bavariya” ilə yeni müqavilə imzalamaq üzrədir. Bildirilir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu futbolçuya 4 illik müqavilə ümumilikdə 100 milyon avro təklif edib. Lakin, o “Bavariya” ilə razılaşdığı üçün təklifi rədd edib. Məlumata görə, futbolçu “Bavariya” ilə 2028-ci ilə qədər yeni müqavilə imzamaq barədə razılığa gəlib.
İddialara görə, Sane yeni müqavilədə daha az məvacib alacaq. Yeni müqavilənin şərtlərinə görə, cinah oyunçusu mövsümdə 10 milyon avro qazanacaq ki, bu da 14 milyon avroya və bonuslarla birlikdə 16 milyon avroya yüksələ bilər.
Oxşar xəbərlər

"Qalatasaray"ın istədiyi ulduz futbolçu bilindi -...
Bugun.az

"Qalatasaray"dan rekord transfer - Ulduz futbolçu...
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu qərarını v...
Bugun.az

“Qalatasaray”ın istədiyi Qrizmann qərarını verdi
Bugun.az

"Qalatasaray" ulduz futbolçu ilə müqavilə imzaladı
Bugun.az

"Qalatasaray"ın ulduzu tarixi kluba gedir - Böyük...
Bugun.az