
"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində "Elfsborq"a (İsveç) qarşı səfərdə keçirəcəkləri matçla əlaqədar azarkeşlərinə müraciət edib.
Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, matçı “Borås Arena" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi "Scandic Plaza Borås" (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir. Biletlərin qiyməti 30 AZN-dir.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Vauçeri əldə edən azarkeş şəxsi məlumatları şəxsiyyətini təsdiq edən sənəddə olduğu kimi doldurmalıdır.
Qeyd edək ki, "Elfsborg" - "Qarabağ" oyunu dekabrın 13-ü saat 00:00-da (Bakı vaxtı ilə) start götürəcək.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Juninyodan "Qarabağ"a vida mesajı
Bugun.az

Qurban Qurbanov müqavilə təklifini rədd etdi
Son Xeberler

Bu ilin 9 ayında 176 mindən çox əcnəbi Azərbaycand...
Azəri Xəbər

"Qarabağ" onun müqaviləsini ləğv etdi
Bugun.az

Hökumət "Makkabi Təl-Əviv" azarkeşlərinə qoyulan q...
Son Xeberler

"Qarabağ" yoxlama oyununda "Kəpəz"i darmadağın etd...
Bugun.az