Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qarabağ” yeni hücumçu aldı - FOTO

25.08.2025 18:25 11 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qarabağ” yeni hücumçu aldı - FOTO

“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duran Marquezlə anlaşıb.

Məlumata görə, 23 yaşlı kolumbiyalı vinger sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: