
Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyata hazırlaşır - Volfoviç

Belarusun Dövlət Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç Qərbin Rusiya və Belarusa qarşı hərbi əməliyyata hazırlaşdığını bəyan edib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, bunu Qərbin həyata keçirdiyi fəaliyyət və tapşırıqlar ortaya qoyur. Volfoviç, 2024-cü ilin əvvəlindən Avropada təxminən yarım milyon əsgərin iştirakı ilə 400-dən çox təlim keçirildiyini qeyd edərək, ABŞ və NATO qoşunlarının Birlik Dövlətinin qərb sərhədləri yaxınlığında artan mövcudluğuna diqqət çəkib. Volfoviç qeyd edib ki, Avropada NATO nüvə qüvvələrinin iki təlimi keçirilib və bu təlimlərdə 2,7 min əsgər və nüvə başlıqlı qanadlı raketlər daşıya bilən 90 təyyarə iştirak edib.
Volfoviç Polşa və Baltikyanı ölkələrdə 5 hava bazası, 2 dəniz bazası və 6 böyük təlim sahəsinin qurulduğunu bildirib.
Etiketlər
Oxşar xəbərlər

Putin Belarusa kömək təklif etdi
Son Xeberler

Ordu əməliyyata başladı: Düşmənin 2 komandiri məhv...
Son Xeberler

Rusiya İlyas Yaqubovu Ukraynaya döyüşə göndərdi
Xəbər Anı

Aİİ-yə sədrlik Belarusa keçdi
Bugun.az

Rusiya Ordusu Donetskda Yeni Bir Yaşayış Məntəqəsi...
Bugun.az

Suriyada keçmiş hərbçilərə qarşı əməliyyat başladı
Bugun.az