
Qəzzadakı böhran Fələstin dövlətinin qurulması ilə həll oluna bilər - Lavrov

Qəzzadakı böhran ancaq müstəqil Fələstin dövlətinin qurulması ilə həll oluna bilər.
Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O, Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri toplantısındakı çıxışında bildirib ki, həll edilməmiş Fələstin məsələsi təkcə Qəzzada deyil, Livan, Suriya və Yəməndə də gərginliyi artırıb. Qərbin çoxqütblülük reallığa zidd olaraq dünya üzərində hökmranlığını qorumağa çalışdığını deyən Lavrov, bunun həm də geosiyasi vəziyyətin pozulmasına səbəb olduğunu bildirib.
Lavrov, "Birləşmiş Millətlər Təşkilatının qərarlarına baxmayaraq, bu günə qədər müstəmləkəçilik aradan qaldırılmayıb. Dünyada hələ də müstəqil idarə olunmayan 17 bölgə var. Müstəmləkəçilik təcrübələri siyasətdə, iqtisadiyyatda, sosial və mədəni sahələrdə güclənməkdədir" - deyə bildirib.
Oxşar xəbərlər

Fələstin dövlətinin tanınması hüquqi öhdəlikdir -...
Bugun.az

Hakan Fidandan Trampın Qəzza ilə bağlı bəyanatına...
Bugun.az

Məlruf aktyor Starbucks'ı boykot etdi
Son Xeberler

Lavrov Ər-Riyaddakı toplantıdan danışdı
Bugun.az

Lavrov Tbilisi ilə münasibətlərdən danışdı
Bugun.az

Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib
Son Xeberler