Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Quş əti ilə bağlı bu şirkətlərə qadağa qoyuldu

10.01.2025 15:25 129 baxış sayı 1 dəq. oxuma Metbuat
Quş əti ilə bağlı bu şirkətlərə qadağa qoyuldu

Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: