
Ramin Qurbanova hökm oxundu

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, Realmedia.az saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Metbuat.az APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını istəmişdi.
Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Səfərbərlik Xidmətinin sabiq idarə rəisinə hökm ox...
Azəri Xəbər

Fuad Muradova hökm oxundu
Bugun.az

Bəxtiyar Hacıyevə hökm oxundu
Bugun.az
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və...
Azəri Xəbər

Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə h...
Bugun.az

Təhsil Nazirliyi Firudin Qurbanova TAPŞIRILDI -
Son Xeberler


