Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real"ın istədiyi futbolçu bu kluba gedəcək - Ardaya müjdə

07.01.2025 17:25 134 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real"ın istədiyi futbolçu bu kluba gedəcək - Ardaya müjdə

"Bavariya" Florian Virtzi transfer etmək üçün səylərini davam etdirir.

Metbuat.az xəbər verir ki, futbolçu “Bayer Leverkuzen”lə yeni müqavilə imzalasa belə, “Bavariya” onu transfer etmək səylərindən əl çəkməyəcək. “Sky Germany”də dərc edilən xəbərə görə, futbolçu ilə "Mançester Siti" və "Real Madrid" də maraqlanır. Lakin, "Bavariya"nın futbolçunu transfer etmək imkanları daha yüksəkdir. Xəbərdə deyilir ki, Virtzin çevrəsi transferlə bağlı "Bavariya"nın fəxri prezidenti Uli Hönesslə əlaqə saxlayıb. Klub prezidentinin futbolçunun atası Hans Virtzlə münasibəti var. "Bavariya" klubunun idman direktoru Maks Eberl artıq alman futbolçunun agenti ilə əlaqə saxlayıb. Türkiyə mediasının məlumatına görə, "Real Madrid"in Florian Virtzi transfer etməsi Ardanın Gülerin əsas heyətə düşməsini çətinləşdirəcək.

Qeyd edək ki, Florian Virtz bu mövsüm 25 oyunda 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: