
"Real"ın istədiyi ulduz futbolçu qərarını verdi

Almaniyanın "Bavariya" komandası yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini uzadıb.
Metbuat.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2030-cu ilədək Münxen təmsilçisində çıxış edəcək.
“Mən həqiqətən xoşbəxtəm. Münxendə özümü evdəki kimi hiss edirəm. "Bavariya" dünyanın ən böyük klublarından biridir. Peşəkar futbolda ilk addımlarımı burada atdım və əminəm ki, yaxın illərdə böyük uğurlara nail ola bilərik", – deyə oyunçu Almaniya nəhənginin mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, C.Musiala bu mövsüm "Bavariya"nın heyətində 30 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Camal Musialanın bundan əvvəl "Real Madrid"ə transferi gündəmə gəlmiş, futbolçu "Bavariya"dan ayrıla biləcəyini ifadə etmişdi.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Fənərbaxça"nın istədiyi "Real"ın ulduzu qərarını...
Bugun.az

Ulduz futbolçu qərarını verdi - Arda detalı diqqət...
Bugun.az

"Real"ın istədiyi ulduz futbolçu danışdı
Bugun.az

Vinisius "Real"la bağlı qərarını verdi
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu qərarını v...
Bugun.az

“Real" Vinisius barədə qərar verdi
Bugun.az


