
Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Oxşar xəbərlər

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imti...
Son Xeberler

Azərbaycan Fransaya nota verdi -
Son Xeberler

Ryabkov ABŞ-nin Moskvadakı səfiri ilə görüşdü
Bugun.az

Rusiya səfiri İsrail XİN-ə çağırıldı
Son Xeberler

Türkiyə Azərbaycana yeni səfir təyin edib
Son Xeberler

Azərbaycan Fransaya nota verdi
Son Xeberler