Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Rutte ABŞ-nin vergi tariflərinə münasibət bildirdi

04.04.2025 18:25 120 baxış sayı 2 dəq. oxuma Metbuat
Rutte ABŞ-nin vergi tariflərinə münasibət bildirdi

ABŞ Prezidenti Donald Trampın digər ölkələrə tətbiq etdiyi rüsumlar müttəfiqlər arasında iqtisadi əməkdaşlığı təşviq edən NATO-nun təsis müqaviləsinin 2-ci maddəsini pozmur.

Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlama verib. Rutte Brüsseldəki qərargahda keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının yekunlarına dair açıqlama verib. Ticarət gərginliyi ilə bağlı şərh verməkdən imtina edən Rutte vurğulayıb ki, müdafiə məsələləri NATO-nun təsis müqaviləsinin 2-ci maddəsini əhatə edən siyasi fikir ayrılıqlarına dair məsələlərdən ayrı müzakirə edilməlidir.

Rutte ABŞ-nin elan etdiyi yeni tariflərin 2-ci maddəni pozub-pozmadığı ilə bağlı suala, "Bunun 2-ci maddəni pozduğunu düşünmürəm. Biz keçmişdə tariflərlə bağlı fikir ayrılığına dair çoxlu məsələlər görmüşük. Bu, əvvəllər də olub və 2-ci maddəni pozmayıb" - deyə cavab verib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: