
"Sabah" FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.
Metbuat.az-ın məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.
"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Sabah" Klubu FIBA Avropa Kubokunda Debüt Oyununu...
Bugun.az

Polşa klubu FIBA Avropa Kubokunda "Abşeron Lions"u...
Azəri Xəbər

"Neftçi" FIBA Avropa Kubokunda ilk qələbəsini qaza...
Azəri Xəbər

Azərbaycan klubu FIBA Avropa Kubokunda Estoniya tə...
Azəri Xəbər

Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsi...
Azəri Xəbər

"Abşeron Lions" FIBA Avropa Kubokunda Estoniya klu...
Azəri Xəbər


